28 Yanvar 2021 06:52

Putin Bəşər Əsədi Rusiyada belə qarşıladı – VİDEO

Son vaxtlar liderləri qapıda gözlətməsi ilə gündəm olan Rusiya prezidenti Vladimir Putinin Suriya prezidenti Bəşər Əsədi səmimi şəkildə qarşılaması diqqət çəkib.

Turkustan.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın dövlət televiziyasında Putinin Bəşər Əsədi Rusiyada qarşıladığı anın videosunu yayılıb.

Həmin görüntülərdə Putinin Əsədi görüşün baş tutacağı binanın girişində səmimi şəkildə qarşıladığı görülür.

Qeyd edək ki, dünən Rusiyanın dövlət televiziyasında Putinin Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanı 2 dəqiqəyə yaxın gözlətdiyi anın videosunu yayımlamışdı.

/Yeniavaz.com/

Paylaş: