26 Yanvar 2021 12:29

Bəşəriyyət üçün bəlaya çevrilən PANDEMİYALAR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

Turkustan.info xəbər verir ki, indiyədək dünyada bir neçə dəfə pandemiya elan edilib. Bəs görəsən Pandemiya nədər və hansı təhlükə olduqda elan edilir?

Pandemiya (yun. πανδημία – bütün xalq) yoluxucu xəstəliyin (məsələn, vəba, taun, qrip) bütün ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çoxunu bürüməsinə deyilir.

Başqa sözlə Pandemiya dünyada eyni vaxtda çox sayda insan həyatını təhlükə altında qoyan yoluxucu xəstəliklərə verilən addır. Söz xəstəliyin təhlükəsini deyil, yayılmasının miqyasını təyin edir. Yalnız yoluxucu xəstəliklərə aiddir.

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) verdiyi izaha görə, xəstəliyin pandemiyaya çevrilməsi üçün təxminən üç meyar olmalıdır:

1) yeni virus olması

2) asanlıqla insanlara keçməsi

3) insandan insana asan və davamlı ötürülməsi

Pandemiya və epidemiya arasındakı fərq nədir?

Epidemiya nəzarətdən çıxan hər hansı problemi təsvir etmək üçün istifadə edilən ümumi konsepsiyadır. Tibb sahəsində bir bölgədə, cəmiyyətdə və ya bir qrup insanda hər hansı xəstəliyin yayıldığı görüldükdə, bu, epidemik virus hesab olunur.

Pandemiya isə bölgələr və qruplar üzrə coğrafi yoluxma deməkdir. Bir ölkəyə və ya bütün dünyaya təsir edən xəstəliklər üçün istifadə olunur.

Qeyd edək ki, 2009-cu ildə donuz qripi pandemiya xəstəliyi elan edilmişdi. Mütəxəssislər yüz minlərlə insanın H1N1 virusundan öldüyünü bildirmişdilər.

Qeyd edək ki, Pandemik xəstəliklərin yaranması bəşəriyyətə çoxdan məlumdur: bunlara məşhur “Qara ölüm” (14-cü əsrdə Avropada yayılan taun pandemiyası) və 1918-20-ci illərdə dünyada təxminən 100 milyon insana yoluxmuş “İspan qripi” pandemiyası daxildir.

Minlərlə insanın ölümünə səbəb olmuş H1N1 (quş qripi) 2009-cu ildə pandemik elan edilmişdi.  /Modern.az/

Paylaş: