Ça. Mar 31st, 2020

İlham Əliyev hansı deputatlara xəbərdarlıq etdi? – Oliqarx ola bilməyəcəklər

Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında deputatların artıq bu statusdan şəxsi maraqları üçün istifadə edə bilməyəcəklərinin anonsunu verib. 

“Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır”, – deyə Prezident bəyan edib.

Ölkə başçısı bu fikirlərini tövsiyə şəklində səsləndirisə də, artıq deputatların əvvəlki kimi fəaliyyət göstərmələrinin mümkün olmayacağını indidən söyləmək olar. Çünki İlham Əliyev bundan əvvəl də icra başçıları və digər məmurlara oxşar tövsiyə vermişdi. Bunu qulaqardı edən icra başçıları Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi əməliyyatı nəticəsində həbs edildi. İndi bu həsblər Dövlət Gömrük Komitəsinə sıçrayıb. Baş verənlər prosesin ciddiliyindən xəbər verir. Müşahidələr göstərir ki, hakimiyyətin zirvəsində ənənəvi idarəetmədən israrlı şəkildə imtina edilir və buna qarşı olanlar isə cəzalandırılır.

Güman ki, deputatlar bütün bunları nəzərə alaraq əvvəlki kimi bu statusundan yararlanaraq biznes imperiyası qurmaq, yaxud hansısa qanunsuz addımlar atmaqdan çəkinəcək. Əks təqdirdə keçmiş həmkarları Rafael Cəbrayılovun taleyini yaşaya bilərlər. Biz hələ onu demirik ki, Rafael Cəbrayılovun mandatının ləğvi islahatlar kampaniyasının kövrək dövrünə təsadüf etmişdi. İndi isə iqtidarın zirvəsi daha qətiyyətli formada kampaniyanı davam etdirir. Deməli, cəza daha da ağır ola bilər… (yenisabah.az)

Paylaş:

mersin escort bayan mersin escort