21 Yanvar 2021 18:47

İtaliya əldən gedir: Yenə xeyli ölən var

Koronavirus İtaliyanı tamamilə bürüyüb. Ölkə boyu karantin elan olunub.

Qonşu dövlətlər İtaliya ilə sərhədləri bağlayır, aviareyslər ləğv olunur. Ölkədə bütün tədbirlər təxirə salınıb, təhsil müəssisələri bağlanıb, idman yarışları dayandırılıb.

Turkustan.info xəbər verir ki, Avropa dövlətində yenə virusdan çoxlu ölən olub. Bu gün İtaliyada daha 196 nəfər virusdan həyatını itirib. Ölənlərin ümumi sayı 827-yə çatıb. Bu ölkədə 12 min 462 virus daşıyıcısı var.

İtaliya ümumi siyahıda ikinci yeri tutur. Yalnız Çində virus daşıyıcıların və ölənləri sayı daha çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, planetdə koronavirusa yoluxanların sayı 124 min nəfəri keçib. Azı 4600 xəstə həyatla vidalaşıb.  /Bizimyol.info/

Paylaş: