2 ay dözək, daha sonra… – Səhiyyə nazirindən koronavirus açıqlaması
“2 ay dözək. Yayda virusun təsiri azalır. Elmi Komitənin tövsiyəsi bu istiqamətdədir”.
Turkustan.info xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca koronavirusla bağlı danışarkən deyib.
O bildirib ki, bu xəstəlik daha çox qış infeksiyasıdır: “Tədbirlər görülsə, yayılmanın qarşısı alınsa, böyük ehtimalla 2 ayda həyat normal axışına qayıdacaq”.
Qeyd edək ki, Avropadan Türkiyəyə gələn şəxsdə koronavirus aşkarlanıb. O, karantinə alınıb. /Publika.az/