İTV-nin əməkdaşı 6-cı mərtəbədən yerə yıxılıb – Şirkətdən AÇIQLAMA
Bu gün təxminən saat 12:40 radələrində İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb.
Turkustan.info bildirir ki. bu barədə Modern.az-a şirkətdən məlumat verilib.
Bildirilib ki, şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağırılıb:
“Rasim Babayev xəstəxanaya aparılıb. Hazırda o həkimlərin nəzarətindədir”.
Məlumatda qeyd edilib ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb: “Bununla bağlı aidiyyatı orqanlara məlumat verilib”