23 Yanvar 2021 01:44

Oqtay Əsədovun Milli Məclisdəki İŞİ BU OLACAQ

Milli Məclisin keçmiş sədri Oqtаy Əsədovun üzv olacağı komitə müəyyənləşib.

Parlamentin sabiq sədri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində fəaliyyət göstərəcək.

Məsələ qanunverici orqanın martın 13-də keçiriləcək iclasında müzakirə ediləcək və qərar veriləcək.

Həmin komitənin sədri Ziyаfət Əsgərovdur.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü O.Əsədov 2000-ci ildən Milli Məclisin deputatıdır. O, 2005-2020-ci illərdə parlamentin sədri olub. (report)

Paylaş: