23 Yanvar 2021 14:40

ÜST koronavirusla bağlı son nəticələri yayıb: 124.086 nəfər – Azərbaycan siyahıda neçəncidir?..

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun ölkələr üzrə martın 12-ə olan son nəticəsi barədə statistikanı yayıb.

Ən son məlumata görə, dünya üzrə virusa yoluxanların sayı 124.086 nəfərə çatıb. Onlardan 4.597 nəfəri həyatını itirib.

Siayhıda ilk üç yeri Çin, İtalya və İran turur. Çində xəstəliyə yoluxanların sayı 80.907 nəfərdir ki, onların da 3.160 nəfəri vəfat edib. İtalya və İranda müvafiq olaraq, 12.462 koronavirus daşıyıcısından 827 nəfər, İranda isə 9000 nəfərdən 354-ü ölüb.

Diqqət çəkən məqamlardan biri də virusa yoluxanların sayının inkişaf etmiş Avropa ölkələrində daha çox olmasıdır.

Siyahıda ilk onluğa Çin, İtalya və İrandan sonra aşağıdakı ölkələr daxildir:

Cənubi Koreya – 7.775, ölənlərin sayı 60

Fransa – 2.284, ölənlərin sayı 48

İspaniya – 2.277, ölənlərin sayı 54

Almaniya – 1.908, ölənlərin sayı 3

ABŞ – 1.281, ölənlərin sayı 36

Yaponiya – 5.68, ölənlərin sayı 12

İsveçrə – 491, ölənlərin sayı 3

Britaniya – 456, ölənlərin sayı 8

Niderland – 382, ölənlərin sayı 4

İsveç – 326, ölən yoxdur

Azərbaycan siyahıda 66-cı yerdədir və rəsmi məlumata görə, ölkəmizdə 9 nəfər koronavirus daşıyıcısı var. Qonşu ölkələr olan Gürcüstanda 23, Türkiyədə isə cəmi 1 virus daşıyıcısı qeydə alınıb. (moderator.az)

Paylaş: