23 Yanvar 2021 15:49

Avropa ölkəsində vətəndaş qarşıdurması… – Gərginlik böyüyür

İtaliya hökumətinin koronavirus səbəbindən əvvəlcə ölkənin şimal bölgələrini karantinə alması şimali italiyalılar tərəfindən ayrı-seçkilik kimi qəbul edilib.

İtaliya Baş naziri Cüzeppe Konte ötən günlərdə ölkənin şimal bölgələri üçün verilən “qırmızı həyəcan”ı genişləndirmək qərarı verib.

Baş nazirin qərarı ilə 60 milyon insanın yaşadığı ölkə bütövlükdə karantinə alınıb. Lakin Konte hökumətin ilk mərhələdə ölkənin şimalını karantinə alması, İtaliyada şimal-cənub qarşıdurmasını körükləyib.

İlk etapda 16 milyonluq bölgənin karantin altına alınması səbəbindən şimali italiyalılar bunu “yoluxucular” kimi qəbul edərək, dışlandıqları və ayrı-seçkiliyə məruz qaldıqlarını bildiriblər.

İtaliyada illərdir “zəhmətkeş şimallılar” – “əyyaş cənublular” qarşıdurması yaşanır. Şimallılar cənubluları “ağılsız”, “cahil”, “tənbəl” və “kobud” adlandırdıqları halda, cənublulara görə isə, şimallılar “eqoist”, “soyuq” və “ailəsinə hörmət etməyən” insanlardır.

Fiziki görünüşə görə şimali italiyalılar Avropa irqinə daha yaxındır, cənublular isə tipik Aralıq dənizi insanlarıdır. İqtisadi böhrandan əziyyət çəkən bölgə də cənubluların payına düşüb. Cənuba kifayət qədər investisiya yatırılmaması səbəbindən burada yaşayan insanlar işləmək üçün şimala getməyə məcbur olurlar.

Şimal-cənub qarşıdurması bir çox film üçün də mövzu olub. Baş rolda Kaudio Bizionun oynadığı “Benvenuti a Sud” adlı film də bunlardan biridir.

Əlavə edək ki, İtaliyada koronavirusdan (Kovid-19) həyatını itirənlərin sayı 827 nəfərə çatıb. Virusa yoluxanlar isə 12462 nəfərdir.  /teleqraf.com/

Paylaş: