25 May 2020 17:59

Azərbaycanda partiya lideri koronavirusu biloji silah sayır? – AÇIQLAMA

İsrail parlamentinin üzvü Orli Levi-Abukasis  koronavirusun bioloji silah olduğunu söyləyib.

İsrailli deputatın sözlərinə görə, koronavirus heyvandan insana ötürülən xəstəlik deyil. O əvvəlcədən hazırlanmış və testdən keçirilmiş bioloji məhsuldur.

Maraqlıdır, doğurdanda koronavirus əvvəlcədən hazırlanmış bioloji məhsuldur yoxsa təmamən təsadüf nəticəsində təbiətin yaratdığı pandemiya?

Yayılan xəbərlə bağlı Modern.az-a məlumat verən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər konkret cavab verməyib. Siyasətçinin fikrincə, hər iki versiyanın öz tərəfdarları var.

“Bu barədə bir-birinə zidd olan fikirlər yayılır. Həm alimlər, həm təhlükəsizlik ekspertləri, həm siyasətçilər bir-birinə zidd olan müxtəlif fikirlər yayırlar. Bir qrup insan deyir ki, bu təbii şəkildə yayılmış bir virusdur, digər qrup insanlarda deyir ki, bu bioloji silahdır. Ona görə də qəti bir fikir söyləmək çətindir”.

Sülhəddin Əkbər onu da qeyd edib ki, bu barədə yalnız bioloji silah mütəxəssisləri düzgün nəticəni söyləyə bilərlər. Lakin onlar həqiqəti bilsələr belə bu barədə danışmaqdan imtina edəcəklər.

Paylaş:

mersin escort bayan mersin escort