Ça. Mar 31st, 2020

Koronavirusa görə qadağalara əməl etməyənlər cərimə olunacaq

Azərbaycanda koronavirusa görə tətbiq edilən qadağalara riayət etməyənlər cərimə olunacaq.

Turkustan.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, qadağalara məhəl qoymayan obyektlər bağlanacaq:

“Burada qadağaların pozulması insanların həyatını təhlükəyə ata bilər. Qadağalara Qida Təhlükəsizliyi Agentli, Bakı Şəhər Ticarət Departamenti və Daxili İşlər Nazirliyi nəzarət edəcək

Vətəndaşlar qadağa əməl etməyən obyektlərlə bağlı bizi məlumatlandırmalıdır”.   /Axşam.az/

Paylaş:

mersin escort bayan mersin escort