25 May 2020 18:18

Koronavirus Çinlə ABŞ-ı üz-üzə qoyub

Çin hökuməti ABŞ-ın koronavirusu Çinə yaymaqda ittiham edib. Yenisabah.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Cao Lisien Vuhan şəhərinə koronavirusun ABŞ ordusu tərəfindən gətirildiyini bildiirb.

Turkustan.info bildirir ki, XİN sözçüsü Twitter hesabında yazıb ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının alınması mərkəzinin direktoru Robert Redfieldin daha əvvəl ABŞ-da qripdən ölən bəzi şəxslərdə “Covid-19” tapıldığını etiraf edib.

Çin rəsmisinin sözlərinə görə, Vaşinqton ABŞ-da ilk koronavirus xəstəsinin nə zaman ortaya çıxdığını açıqlamalıdır.

Oxşar açıqlamanı İran rəsmiləri də verib. Bu məlumatların nə qədər dəqiq olması hələ məlum olmasa da. görünən odur ki, epidemiya belə beynəlxalq siyasi rəqabətə təsir edir, dövlətlər arasında münaqişəyə alət olur.

Bundan əvvəl isə ABŞ prezidenti Donald Tramp koronavirus barədə danışarkən “Çin qripi” ifadəsini işlədib və buna görə etirazla qarşılanıb.  /Yeni Sabah/

Paylaş:

mersin escort bayan mersin escort