24 Yanvar 2021 23:19

Şad xəbər: əmanətlərin tam sığortalanması uzadıldı

Bu gün Milli Məclisin plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin 9 ay, yəni bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur.

“Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-də, 3 il müddətinə qəbul edilib. Ötən il əmanətlərin tam sığortalanması daha bir il uzadılmışdı.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin tapşırığı ilə Milli Məclisin gündəliyinə salınıb.

Bu qanunun tətbiqi sığortalanan əmanətlərin həcmində limitləri aradan qaldırır və istənilən həcmli əmanətlərə şamil edilir. (axar.az)

Paylaş: