19 Yanvar 2021 21:09

Yeni deputatdan sərt REAKSİYA: “Burada nə işim var?”

“Mən öz adımı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə yazdırmışdım. Hətta komitənin sədri Əli Hüseynli ilə söhbət də etmişdik. Ancaq indi öz adımı orada görmürəm. Ola bilsin ki, bu, texniki səhvdir”.

Bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Erkin Qədirli deyib.

Qədirli əlavə edib ki, hüquqşünasdır və prinsipcə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində fəaliyyət göstərməlidir: “Əgər bu komitədə olmayacağamsa, onda burada nə işim var?”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə deyib ki, bu, sırf texniki məsələdir:

“Siz Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüsünüz”. (modern.az)

Paylaş: