17 Yanvar 2021 07:20

Bakiya giriş-çıxışın bağlanması barədə millət vəkilindən açıqlama

Milli Məclisdə Bakıya giriş-çıxışı məhdudlaşdıran qanunun hazırlanacağı haqda məlumat yayılıb.

Turkustan.info bildirir ki. bu barədə millət vəkili Fazil Mustafa Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, hələlik bu haqda dəqiq məlumat yoxdur: “Qərarın qəbul olunması ehtimalı var. Bütün hallarda qaydalar sərtləşdiriləcək.

Fazil Mustafa

Bu gün müvafiq komitələrdə məsələ ilə bağlı müzakirələr aparılır. Məsələ Milli Məclisin plenar iclasında müzakirə olunacaq. Müzakirə olunduqdan sonra dəqiq qərar veriləcək. Vətəndaşların vəziyyəti nəzərə alınacaq. Burada həyati riskdən söhbət gedir. Ona görə də məsələdə ən ciddi addımların atılması vacibdir”.

Paylaş: