18 Yanvar 2021 17:02

Qonşu ölkələrdə yerli valyutalar “ölür”, dolların məzənnəsi yüksəlir

Koronavirus, dünya iqtisadiyyatında çalxalanma ayrı-ayrı ölkə valyutalarına təsirsiz ötüşmür. Xüsusilə Azərbaycanın qonşu ölkələrində yerli pul valyutaları dəyər itirməyə başlayıb.

Turkustan.info xəbər verir ki, Türkiyədə 1 dolların lirəyə nisbəti 6,4-ə çatıb. Avronun məzənnəsi 7,16-dır.

Gürcüstanda 1 dollar 3 lari həddini aşmağa başlayıb. İranda onsuz da rial gücünü qorumaq iqtidarında deyil. Koronavirus ölkə iqtisadiyyatına çox böyük zərbə vurub.

Rusiyada rublun vəziyyəti də yaxşı deyil. Qonşu ölkənin valyutası gün ərzində dəfələrlə 75 həddinə yaxınlaşıb. Hətta bir dəfə bu həddin keçilməsi qeydə alınıb.  /Bizimyol.info/

Paylaş: