İspaniyada koronavirusdan 500 nəfər öldü
İspaniyada koronavirusdan (KOVİD-19) ölənlərin sayı 500 nəfəri ötüb.
Turkustan.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Yeni virusa yoluxanların sayı isə artıq 11 min 178-ə çatıb.
Son rəqəmlər bu ölkədə vəziyyətin hər keçən gün ağırlaşdığını göstərir.
Qeyd edək ki, İspaniyada da nəzarət-buraxılış məntəqələri qapadılıb, səfər məhdudiyyətləri tətbiq edilib. /Modern.az/