23 Yanvar 2021 14:37

“Koronavirusdan qorxmaq lazımdır” – Səhiyyə komitəsinin sədri

“Koronovirusla mübarizə çərçivəsində Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycana tibbi ləvazimatlar və avadanlıqlar gətirilib və gətirilməkdə davam edilir”.

Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün kerçirilən iclasında deyib. O qeyd edib ki, Azərbaycanda bu virusun analiz edilməsi üçün kifatyət qədər labaratoriyalar var.

Ə. Əmiraslanov bildirib ki, Azərbaycan bu virusla mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqədə işləyir. O bildirib ki, ölkəmizdə bu təhlükəli virus ilə mübarizə aparmaq üçün geniş miqyaslı və yüksək səviyyəli tədbirlər həyata keçirilir.

Ə.Əmiraslanov deyib ki, əhali də bu sahədə məsuliyyətli olmalıdır:

“Çox təəsüf ki, bu sahədə çatışmazlıqlar var. Xaricdən gələnlərin yaxınları çalışır ki, xaricdən gələn insan karantinə getmədən evə getsinlər. Ancaq bu çox təhlükəlidir, əgər bir nəfərdə virus olarsa o geniş yayıla bilər. İzolyasiya tədbirləri də çox vacibdir. Ailələr yenə də toplu şəkildə harasa gedirlər ki, bu da təhlükəli vəziyyətdir. Hesab edirəm ki, bu virusdan qorxmaq lazımdır, ancaq ajiotaj yaratmaq doğru deyil. Əhali məsuliyyətli olmalıdır və dövlət tərəfindən qoyulan qaydalara əməl etməlidir. Belə olduğu halda biz bu virusa qalib gələcəyik”.  /Modern.az/

Paylaş: