Bz. Mar 29th, 2020

“Neft kralı”nın qiymət oyunu: Şahzadəyə nə qazandıracaq?

Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin 2019-cu ildə xalis gəlirləri 88.2 milyard dollar təşkil edib.

Bu barədə şirkətin hesabatında qeyd edilib. Məlumata görə, buna səbəb neft qiymətlərinin ucuzlaşması və hasilatın azalması olub. 2018-ci ildə şirkətin xalis gəliri 111.1 milyard təşkil etmişdi. Martın 6-da Rusiya və Səudiyyə Ərəbistanı arasında OPEC+ çərçivəsində hasilatın azaldılmasına dair sazişin pozulmasından sonra ər-Riyad dünya neft bazarında aparıcı mövqeyi ələ keçirmək üçün hərəkətə keçib. Gündəlik hasilatı 12,3 milyon barelə çatdırmağa qərar verən Səudiyyə Krallığı daha çox müştəri cəlb etməyə çalışır.

Bu məqsədlə “Saudi Aramco” daha çox neft alana mükafatlar və əlavə güzəştlər vəd edir. Səudiyyə Ərəbistanı keyfiyyətli neftini ucuz qiymətə Avropaya təklif etməsi Rusiyanın bu bazardan sıxışdırılması ilə müşahidə olunur. “Qara qızıl”ın bir barelinin çıxarılması “Saudi Aramco”ya 20 dollara başa gəlir. Bu isə Rusiyanın hasilat dəyərindən ən azı 10 dollar aşağıdır. Üstəlik, Rusiyanın çirkli neftindən fərqli olaraq, Avropa bazarlarında belə keyfiyyətli və aşağı qiymətə satılan məhsula tələbat çox yüksəkdir. Ancaq bu proses çox davam etməyə bilər. Çünki müəyyən mərhələdən sonra Avropa bazarlarında təklifin tələbi üstələyəcəyi gözlənilir. İstehlak səviyyəsinin aşağı düşməsi Səudiyyə üçün riskli addım hesab edilir.

ABŞ-ın “Foreing Policy” nəşri yazır ki, büdcələri neftdən asılı olan Rusiya və Səudiyyə Ərəbistanı üçün bu, təhlükəli oyundur. Əvvəlcə son qiymətin düşməsindən keçən illərdə təsirli maliyyə ehtiyatları toplaya bildi, yəni indi kifayət qədər böyük bir maliyyə yastığı var. Qeyd edilir, neftin ucuzlaşmasına baxmayaraq, Rusiyanın OPEC-lə əməkdaşlıqdan imtina etməsi bu ölkə üçün təhlükə yaratmır.

İlk növbədə ona görə ki, qiymətin düşməsindən keçən son illər ərzində Rusiya təsirli maliyyə ehtiyatı toplaya bilib. “Yəni hazırda kifayət qədər böyük maliyyə yastığı var. İkincisi, Rusiya hesab edir ki, istənilən qiymət müharibəsində məğlub olacaq başlıca tərəf Amerikanın şist neft istehsalçıları olacaq. Əgər neftin qiyməti düşərsə, bu ABŞ-a iqtisadi ziyan vuracaq və ən sevimli məcburi aləti olan sanksiyalardan istifadə etmək qabiliyyətini zəiflədir.

Son beş il ərzində Rusiya büdcəsini azaldıb və bu müddət ərzində 550 milyard dollar ehtiyat toplamağa müvəffəq olub. Rusiya rəsmilərinin sözlərinə görə, on il ərzində dünya bazarlarında neftin bir barrelinin 25-30 dollar arasında olmasına tələb yaranarsa, onların bunun öhdəsindən gəlmək imkan var. Rusiya Maliyyə Nazirliyi neft qiymətləri aşağı səviyyədə saxlanılarsa büdcəni dəstəkləmək üçün Milli Himayə Fondundan (hazırda orada 150 milyard dollar var) vəsait ayıracağını bildirib”.

“Foreing Policy” qeyd edir ki, əgər neftin bir barelinin satış qiyməti 27 dollara düşərsə, Rusiya dövlət büdcəsini balanslaşdırmaq üçün hər il Milli Himayə fondundan 20 milyard dollar götürməli olacaq. “Alfa-Bank”ın baş iqtisadçısı Natalya Orlovanın fikrincə, yayın ortalarına qədər OPEK+ çəçivəsində yeni bir razılaşma imzalanmasa və neftin bir bareli 30 dollar səviyyəsində sabitləşərsə, Rusiya düzəlişlər etməli olacaq. Rublun zəifləməsi neftin ucuzlaşması ilə əlaqədar büdcəyə vurduğu zərərin bir hissəsini kompensasiya etməyə imkan verəcək. Lakin qiymətlər aşağı qalarsa, Rusiya hökuməti xərcləri azaltmalı və ya vergi qaldırmalı olacaq. Hər ikisinin mənfi siyasi nəticələri qaçılmaz olacaq.

Mütəxəssislər hesab edir ki, Səudiyyə Ərəbistanının nəinki istehsalın azalmaqdan imtina etməsi Rusiyaya birinci zərbə idisə, qiymətlərin aşağı salınması ikinci zərbə olub.

Krallıqda hakimiyyətə gəlişindən bəri gənc və çox təcrübəli olmayan vəliəhd şahzadə Məhəmməd bin Salmanın belə cəsarətli hərəkət etməsi əslində, təhlükəli bir addım kimi görünür. Səudiyyə Ərəbistanına Rusiyanın büdcəsini balanslaşdırmağı lazım olduğu qədər neftin dünya bazarlarında təxminən iki dəfədən çox artırmaq lazımdır. Səudiyyə Rusiyanı OPEC + formatına qayıtmağa məcbur etmək üçün qiymətləri aşağı salır.

Səudiyyə Ərəbistanında qiymətlərin düşməsini yaşamaq üçün maliyyə ehtiyatları var. Lakin bu 2014-cü ilə nisbətən, hətta Rusiya ilə müqayisədə daha azdır. Səudiyyə Ərəbistanında büdcə kəsiri artıq 50 milyarda çatıb. Neft gəlirlərinin azalması kəsiri 70-120 milyard dollara qədər artıracaq. Səudiyyə Ərəbistanının maliyyə hava yastığı ən yaxşı şəkildə dörd il sürməyə imkan verəcək, ancaq Ər-Riyad açıq şəkildə daha qısa bir neft müharibəsinə arxalanır”.

Neft üzrə iranklı ekspert Nersi Qurban isə bildirib ki, Rusiya neftin ucuzlaşmasından siyasi maraqları üçün istifadə etməyə çalışır:

“Bəlkə, əslində bir tərəfdən Rusiya qlobal bir plan hazırlayıb və bu plan vasitəsilə öz strategiyasını həyata keçirir. Məsələn, aşağı neft qiymətləri dünyada iqtisadi çiçəklənməyə səbəb olacaq və beləliklə, ABŞ-ın özündə iqtisadi artım başlayacaq – Amerika iqtisadiyyatının tənəzzülü sona çatacaq. Ola bilər ki, ABŞ-dakı tənəzzül başa çatsın və cənab Tramp bundan sonra seçkiləri aşağı qiymətlərlə yenidən qazansın. Bəlkə Rusiya bunu istəyir. Ən azı, buna variantlardan biri kimi baxır. Ancaq yenə də düşünürəm ki, bütün ölkələrin (OPEK və OPEK +) milli maraqları hər kəsə uyğun bir qərar qəbul etmək üçün onları yenə danışıqlar masasına toplamağa təşviq edəcək”.

Səudiyyə Ərəbistanının 84 yaşlı kralı Salman bin Əbdül-Əziz əs-Səudun səhhətində yaranmış problemlər fonunda kral taxtına əyləşməyə çalışan Məhəmməd bin Salmanın neft bazarındakı rəqiblərinə qiymət müharibəsi elan etməsi isə riskli görünür. O, hələlik təhlükəni aradan qaldırmağın yolunu kral ailəsinin nüfuzlu üzvlərini həbs etdirməklə tapmağa çalışır. Amma enerji bazarında böhranın böyüməsi və koronavirus probleminin qeyri-neft sektoruna vurduğu zərərin paralel artması perspektivdə Səudiyyə vəliəhdinin planlarını poza bilər.   /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort