Qənirə Paşayeva insanları koronavirusa ciddi yanaşmağa ÇAĞIRDI
“İtaliyada insanların koronavirus təhlükəsini ciddiyə almamaları ölkədə bu virusun sürətli yayılmasına səbəb oldu. Ona görə də insanlarımız bu virusa ciddi yanaşmalıdır”.
Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında deyib.
Deputat bildirib ki, insanlar bu virusla mübarizəyə ciddi yanaşmalıdır:
“Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi təlimatlarının həyata keçirilməsində fəal olmalıyıq. Əgər fəal olarıqsa, biz bu virusun qarşısını tez bir zamanda almış olarıq”. /Modern.az/