ABŞ-da koronavirusdan ölənlərin sayı 100-ə çatdı
ABŞ-da koronavirusdan (COVİD-19) ölənlərin sayı 100 nəfərə çatıb.
Turkustan.info xəbər verir ki, bununla bağlı ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə koronavirusa 50 ştatda 6 min 362 nəfər yoluxub.
İlk dəfə ABŞ-da koronavirusun aşkarlandığı Vaşinqtonda ölənlərin sayı 55, Nyu-Yorkda 13, Kaliforniyada isə 12 nəfər qeydə alınıb. /Cebhe.info/