Ç. Apr 8th, 2020

“Bizə göstərilən diqqət və qayğı dövlətimizin yanımızda olmağının göstəricisidir”

Pərviz Zaxarov azərbaycanlı ata və ana ilə İstanbula gələndə şox kiçikdi. Burada ana və ata ayrıldı və çox keçmədən ana vəfat etdi. Pərviz İstanbul küçələrində böyüdü, özü kimi valideyn məsuliyyətsizliyinin qurbanı olaraq İstanbulda qaçaq yaşayan Cəlalə ilə ailə qurdu. Kiçik bir evə kirayə çıxdılar. Övladları oldu və bir-birinə dayaq olaraq yaşayan bu cütlüyün indi 5 övladı var. Böyük övladları Çingiz Türkiyə Qazi Osman Paşa idman kulubunun milli komandasında karate idman növü ilə məşğuldur. Bu çəlimsiz sakit uşaq ilk yarışlarda məşqçilərin diqqətini çəkir və hətta yarışların birində qələbə sevincini Azərbaycan kəlmələri ilə ifadə edən bu uşaq yarışları izləməyə gələn Daxili işlər naziri Süleyman Soylunun diqqətini çəkir. Uşaqla maraqlanan nazir onun ailəsi ilə də tanış olur və bu ailənin vəziyyəti onu çox duyğulandırır. Ailəni ziyarət edən Süleyman Soylu bu ailəni həmişə nəzərində saxlayır, uşaqların məktəbdə təhsil alması üçün göstəriş verdi və nəhayət ailəyə Türkiyədə daimi oturma izni verir. Bu günlərdə isə ailə daha şad bir xəbər alır. 7 nəfərlik azərbaycanlı ailə yaxında Türkiyə Respublikasının vətəndaşı vəsiqəsini daşımağa başlayacaq. Uzun illər ölkədə qaçaq olaraq yaşayan ailənin sənədlərinin hazırlanmasında isə müəyyən qədər pula ehtiyac vardı. Türkiyədə yaşayan Azərbaycanlı fəallar sosial media üzərindən ailəyə yardım üçün paylaşımlar edildi. Cəmi bir neçə saat sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən, şəxsən komitə sədri Fuad Muradovun tapşırığı ilə ailə aranaraq vəziyyətlə tanış oldular və lazım olan vəsait ailə başçısı Pərviz Zaxarova təslim edildi.
Məlumat üçün qeyd edək ki, son bir ildə Fuad Muradov İstanbuldakı azərbaycanlıların vəziyyəti ilə yaxından maraqlanır və əsasən də sənədsiz yaşayan soydaşlarımızın problemlərinin həlli üçün böyük işlər görülür.
Zaxarovlar ailəsi də maddi və mənəvi kömək üçün Azərbaycan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova Azərbaycan mediası vasitəsi ilə öz təşəkkürünü bildirib.

Paylaş:

mersin escort bayan mersin escort