26 Yanvar 2021 06:36

Koronavirusu aşkar edən daha bir test hazırlandı

Tailand alimləri insan orqanizmində koronavirusu aşkar edən test hazırlayıblar.

Turkustan.info xəbər verir ki, bu barədə “Banqkok Post” qəzeti yazıb.

Məlumata görə, onun kliniki sınağı aprelin əvvəllərində həyata keçiriləcək.

Yeni testin 30-45 dəqiqə ərzində nəticəni üzə çıxardığı bildirilir. Gündəlik 4 min testin hazırlanması nəzərdə tutulur.

Testlərin hər birinin qiyməti 15 dollar olacaq.

Qeyd edək ki, bir müddət əvvəl Çinin Usi şəhərində də koronavirusu qısa müddətdə aşkarlaya bilən testin tapıldığı ilə bağlı məlumat yayılmışdı. Hətta həmin testin 8-15 dəqiqə ərzində virusu aşkarladığı qeyd olunmuşdu.

Bundan başqa, Çinin Syamen Universitetinin tədqiqatçıları tərəfindən koronavirusa yoluxmanı 30 dəqiqəyə müəyyən etməyə imkan verən cihaz hazırlandığı, 90 min dəstin epidemiyanın baş qaldırdığı Hubey əyalətindəki xəstəxanalara və tibb mərkəzlərinə göndərildiyi ilə bağlı məlumat da dünya gündəmini zəbt etmişdi.   /Axar.az/

Paylaş: