20 Yanvar 2021 20:06

Tofiq Əmrahov: Ölkəmizdə demokratiyanın növbəti uğuru

9 fevral 2020-ci il tarixdə keçirilmiş növbədənkənar parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında çox mühüm əhəmiyyət kəsb etmişdir.

Seçki prosesi uğurla keçmiş və onun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir.

Bir çox beynəlxalq təşkilatlar və müşahidəçilər seçki prosesini ölkəmizdə demokratiyanın inkişafının növbəti uğuru kimi qiymətləndirmişlər.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev martın 10-da keçirilmiş altıncı çağırış Milli Məclisin ilk iclasında iştirak edərək, ölkəmizin ictimai, iqtisadi və siyasi həyatının bütün sahələrini əhatə edən dərin məzmunlu nitq söyləmişdir.

O,nitqində yeni tərkibdə formalaşmış Milli Məclisin ölkədə aparılan genişmiqyaslı islahatlara yeni təkan verəcəyini qeyd etmişdir.

Biz, vətəndaş cəmiyyəti mövqeyindən ölkədə aparılan bütün islahatları, həmçinin vətəndaş cəmiyyətinin formalaşması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən işləri dərin razılıq hissi ilə qarşılayırıq. Çünki, bütün bunlar ölkəmizin qüdrətli dövlətə çevrilməsi və xalqımızın sosial rifahının yüksəldilməsi mənafeyinə xidmət dir.

Vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq  biz, dövlətimizin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətini ürəkdən bəyənir və  dəstəkləyirik.

Şabran şəhər İcmasının İnkişafı üzrə

Təlim və Resurs İctimai

Birliyinin sədri – Tofiq Əmrahov.

Paylaş: