Bz. Apr 5th, 2020

“Türkiyənin müstəqil məhkəmələri ədalətli qərar verməyə qadirdir” – Millət vəkili

“Türkiyə Cümhuriyyəti demokratik, hüquqi dövlətdir. Hakimiyyət bölgüsünə əsaslanan siyasi sistemi var. Ali nəzarətedici hakimiyyət kimi müstəqil məhkəmələr fəaliyyət göstərir və ədaləti təmin etmək kimi ciddi ənənələrə malikdir.

Turkustan.info xəbər verir ki, bu açıqlama ilə millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edib.

Millət vəkili bildirib ki, bemokratik ölkələrdə hüquq və məhkəmə hakimiyyətinin ədalətinin şübhə altına alınması doğru hesab edilə bilməz: “Ona görə də məhkəmə prosedurları prosesində hərə hansı tənqidedici yaxud təhrikedici hərəkətlər müstəqil məhkəmələrə təzyiq kimi qəbul edilə bilər. Belə hərəkətlərdən çəkinmək ən doğru olanıdır. Üstəlik nəzərə almaq lazımdır ki, belə aksiyalara baxışın bir də dövlətlərarası münasibətlər tərəfi var. Qardaş Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər təbii tarixi strateji müttəfiqlik münasibətləridir və bunu qorumaq hər bir azərbaycanlının borcudur. Ona görə də hər hansı məsələyə münasibətdə emosional deyil soyqqanlı olmağımızda fayda var. Əmin olmaq lazımdır ki, qardaş ölkənin müstəqil məhkəmələri ən döğru və ədalətli qərarı qəbul etməyə qadirdir.

Paylaş:

mersin escort bayan mersin escort