23 Yanvar 2021 05:07

İrandan koronavirus açıqlaması: “15 gün ərzində nəzarətə götürə bilməsək…”

İranın Səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə COVID-19 yeni tip koronavirusla bağlı vəziyyətin 15 gün ərzində nəzarətə götürülə bilməyəcəyi halda çox ağır itkilər verəcəklərini açıqlayıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Rəisi indiyə qədər ölkədə 22.5 milyon nəfərin sağlamlıq yoxlamasından keçdiyini və bunlardan 1.5 milyon nəfərin isə vəziyyətinin hələ də izləndiyini söyləyib.

“Koronavirusu 15 gün ərzində nəzarətə götürə bilməsək, iki ay da ona qarşı mübarizə aparmalı olacağıq. Bu zaman çox ağır itkilər verərik”, – deyə nazir müavini bildirib. (oxu.az)

Paylaş: