18 Yanvar 2021 04:26

Kasprşik Qarabağda missiyasını dayandırdı – Monitorinq aparılmayacaq

ATƏT sədrinin Qarabağ münaqişəsi zonasındakı şəxsi nümayəndəsi Anjey Kasprşik bəyan edib ki, münaqişə zonasında atəşkəs rejiminin monitorinqi missiyasını dayandırır.

Bu barədə Kasprşikin ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, Covid-19 virusunun yayılması ilə bağlı situasiya bütün regionda beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli personalın səfərlərinin məhdudlaşdırılmasına, habelə yoluxma riskini azaltmaq üçün şəxsi təmasları məhdudlaşdırmağa gətirib çıxarıb.

“Yuxarıda göstərilənləri nəzərə alaraq və tərəflərlə aparılan məsləhətləşmələrdən sonra monitorinqin aparılması məhdudiyyətlər aradan qaldırılana qədər dayandırılır…Mən müvafiq hərbi hakimiyyətlərlə əlaqə saxlamaqda davam edəcəyəm”,-Kasprşik bildirib. (virtualaz.org)

Paylaş: