ÜST koronavirusla bağlı son məlumatı AÇIQLADI
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVİD-19) bağlı son məlumatı açıqlayıb.
Turkustan.info xəbər verir ki, təşkilatın martın 18-nə olan məlumatına əsasən, 166 ölkədə virusa yoluxma halı qeydə alınıb.
Bildirilib ki, dünyada yeni koronavirusa yoluxanların sayı 207 860 nəfərdir. Xəstəlikdən ölənlərin sayı isə 8 657-ə çatıb.