24 Yanvar 2021 19:57

Virusu Avropaya İtaliya yaydı – Türk nazir

Türkiyə olaraq koronavirus pandemiyasına qarşı vaxtında tədbirlər görmüşük.

Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib:

“Biz virusu lap əvvəldən pandemiya kimi qəbul etdik və digər ölkələrdə baş verən analizləri təhlil etməyə başladıq. İran Qum şəhərini izolyasiya etməyərək xəstəliyin bütün ölkədə, İtaliya isə qabaqlayıcı tədbirlər görməyərək Avropada yayılmasına səbəb oldu”, – nazir bildirib.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 191 nəfər koronavirusa yoluxub, 2 insan isə həyatını itirib. (axar.az)

Paylaş: