Azərbaycanla sərhəddə əlavə karantin zonası yaradılır
Gürcüstan hökuməti ölkənin quru sərhəd-keçid məntəqələri yaxınlığında əlavə karantin zonaları yaradır.
Bunu Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani deyib:
Karantin zonaları “Qırmızı Körpü”, “Sarp” və “Lars” sərhəd-keçid məntəqələrinə yaxın ərazilərdə qurulacaq. Belə tədbirlərin görülməsi koronavirus pandemiyası ilə bağlı vəziyyətə daha yaxşı nəzarət etmək imkanı yaradacaq”, – mətbuat katibi bildirib. (axar.az)