17 Yanvar 2021 03:18

Azay Quliyev marafona qoşuldu: “Koronovirusla mübarizə fonduna vəsait köçürəcəm”

Millət vəkili, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev koronovirusla mübarizə məqsədilə aparılan işə öz töhfəsini vermək niyyətini açıqlayıb.

Turkustan.info xəbər verir ki, millət vəkili bu barədə Tvitter səhifəsində yazıb:

“Prezident tərəfindən “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun yaradılması epidemiyanın qarşısının alınması və bu mübarizənin önündə gedənlərə hərtərəfli dəstəyin verilməsi üçün mühüm addımdır. Mən də bu ümummili işə töhvə vermək məqsədilə əmək haqqımdan fonda vəsait köçürəcəm”.

Paylaş: