26 Yanvar 2021 03:42

Dünyada koronavirus qurbanlarının sayı 9 mini ötdü

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 210 min nəfəri ötüb.

Turkustan.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, dünyada 9 mindən çox insan virusun qurbanı olub:

“COVID-19 hər gün yeni faciəli göstəriciyə çatır. Ümumdünya Səhiyyə Təşkilatına 210 mindən çox insanın xəstələnməsi barədə bildirdilər və 9 mindən çox insan koronavirusdan öldü”.   /Modern.az/

Paylaş: