Ç. Apr 8th, 2020

Neft 5 dollara düşəcək? – “Azı 2 il…”- EKSPERT

Cüzi bahalaşmaya baxmayaraq, neftin qiyməti ucuzlaşmaqda davam edəcək.

Koronavirus pandemiyasının davam edəcəyi fonunda neftin qiyməti 20 dollardan da aşağı düşəcək.

Xəbər verildiyi kimi, “Bloomberg”in mütəxəssisləri bu qərara gəlib. Agentlik həmçinin neftin 5 dollara, hətta 0 dollara qədər ucuzlaşacağı ssenarilərinə də diqqəti çəkib.

Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli neftin 5 dollara, hətta 0 dollara qədər düşmə ehtimalının olmadığını deyib:

“Qlobal neft bazarında dalğalanma və təlatümlərin uzun müddət davam etməsi ehtimalı çox yüksəkdir. Belə bir ehtimal var. Amma neftin 5 dollara, hətta 0 dollara qədər düşməsi ehtimalı yoxdur. Bu mümkün deyil. Çünki şirkətlər buna dözə bilməz və neft istehsalı çökər. Axı neft istehsalının maya dəyəri məsələsi də var. Onun çökməsi isə gələcəkdə neftin kəskin bahalaşmasına səbəb ola bilər. Bunu bütün bazar oyunçuları yaxşı bilir. Ona görə də neftin qiymətinin 20 dollar səviyyəsinə düşüb, sonra da qalxma ehtimalı var. Yay aylarında dünya iqtisadiyyatından pozitiv xəbərlər gəldikcə, o, özünü bərpa etdikcə, qiymətlərin qalxma ehtimalı artacaq. Amma daha yüksək qiymətlərin olması üçün bazarda olan artıq neft çəkilməlidir. Bu isə böyük zaman alacaq”.

Ekspert bildirib ki, neft dəhlizində bu ilin ortalama qiymətinin 35-40 dollar olması ehtimalı daha yüksəkdir:

“Ola bilər ki, 2 ildən sonra neft qiymətləri yenidən 60-70 dollara qalxsın. Amma ən azı iki il ucuz neft qiymətləri dövründə yaşayacağıq”.

 

Paylaş:

mersin escort bayan mersin escort