PKK-nın qadın liderlərindən biri məhv edildi
Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının birgə əməliyyatı çərçivəsində PKK terror təşkilatının qadın quruluşunun liderlərindən biri olan Xalidə Tarı məhv edilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Aytən Amed” ləqəbli Xalidə Tarı 1990-cı illərdə PKK-ya qoşulub. 2016-cı ildə Qəndil şəhərində terror təşkilatının üzvlərinin keçirdiyi təlimə başçılıq edib. 2017-ci ildə isə Kürdüstan Qadınlar Birliyinin İcra Şurasına üzv seçilib. Eyni zamanda, bölgədə yaşayan mülki əhalinin terror təşkilatına qoşulmasını təşkil edib”, – məlumatda bildirilib. (axar.az)