19 Yanvar 2021 15:46

Gürcüstanda ölən Azərbaycan vətəndaşının cənazəsi vətənə gətirilib

Ötən gün Gürcüstanın Marneuli rayonunda ölən Azərbaycan vətəndaşı, 24 yaşlı Elvin Sarıyevin cənazəsi vətənə gətirilib.

Bu barədə “Report”a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, cənazənin qısa zamanda yaxınlarına təhvil verilməsi prosesinə Marneuli rayonunun icra hakimiyyəti dəstək göstərib.

Aparılan ekspertiza azərbaycanlı gəncin dəm qazından boğularaq dünyasını dəyişdiyini təsdiqləyib.

Qeyd edək ki, Ağstafa rayon sakini olan E.Sarıyev Marneulidə işləyirmiş. Onun meyiti kirayədə qaldığı mənzildə tapılıb.

Paylaş: