19 Yanvar 2021 15:38

Azərbaycanda 72 nəfər koronavirusa yoluxub – RƏSMİ

“10 min nəfərdən artıq şəxsin testləri laboratoriyada yoxlanılıb”.

Turkustan.info xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.

Nazir müavini qeyd edib ki, ölkə üzrə 72 koronavirusa yoluxma hal aşkar olunub:

“Onlardan 10 nəfəri sağalıb. Bir nəfəri isə vəfat edib”.

Nazir müavini əlavə edib ki, hazırda karantında 1000 nəfər saxlanılır.  /Yenisabah.az/

Paylaş: