Bz. Mar 29th, 2020

Milli Məclis rəhbərliyi də Fonda yardım etdi

Koronavirus (COVID-19) infeksiyası dünya ölkələrini narahat etməkdə və təəssüf ki, sürətlə yayılmaqdadır. Qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz operativ və vaxtında qabaqlayıcı tədbirlər görüb və bu işlər davam etməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunur və bu təşkilat Azərbaycan dövlətinin bu sahədə atdığı addımları yüksək qiymətləndirir.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Milli Məclisi də ölkə ərazisində koronavirus infeksiyası ilə bağlı vəziyyəti diqqət mərkəzində saxlayır. Dünya, o cümlədən Azərbaycan ictimaiyyətini narahat edən bu xəstəliyin tezliklə aradan qalxması işinə yardım məqsədi ilə Parlament Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti ilə yardım etmək prosesində fəal iştirak edir. Belə ki, Milli Məclisin rəhbərliyi, komitələr, Parlament Aparatının və İşlər idarəsinin kollektivləri özlərinin bir aylıq əməkhaqqının müəyyən hissəsinin bu xeyirxah və olduqca vacib işə ayrılması barədə qərar qəbul ediblər.

Paylaş:

mersin escort bayan mersin escort