Ç. Apr 1st, 2020

Rusiya Türkiyəyə vaxt verdi

Türkiyə tərəfi İdlibdəki M4 magistralı üzrə təhlükəsizlik dəhlizində birgə patrul xidməti aparan hərbi konvoyun irəliləməsinə mane olan radikal qrupları zərərsizləşdirmək üçün tədbirlər görməyi öhdəsinə götürdü.

Turkustan.info xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Tərəfləri Barışdırma Mərkəzi məlumat yayıb.

“Təhlükəsizlik tədbirləri çərçivəsində patrul marşrutu qısaldılıb. Patrul marşrutu Türkiyənin nəzarətində olmayan radikal qruplaşmaların təxribatlarına görə qısaldılıb. Terrorçular təxribatlarını gerçəkləşdirmək üçün uşaq və qadınlar da daxil olmaqla, dinc sakinlərdən canlı qalxan olaraq istifadə edirlər. Həmin qruplaşmaların zərərsizləşdirilməsi və M4 magistralında patrul xidmətlərinin təhlükəsizliyinin təmin edilməsi üçün Türkiyəyə vaxt verilib”, – mərkəzin məlumatında deyilir.

Qeyd edək ki, bir müddət öncə terrorçular rus-türk patruluna mane olmaq üçün M4 magistralı üzərindəki körpünü partladıblar.   /Axar.az/

Paylaş:

mersin escort bayan mersin escort