C. Apr 3rd, 2020

Çində daha bir virus baş qaldırdı – 1 nəfər öldü, 32 nəfər karantinə alındı – HANTAVİRUS

Koronavirusdan yenicə xilas olmağa başlayan Çində bu dəfə də hantavirus can alıb.

Turkustan.info bildirir ki, bu barədə “Global Times” məlumat yayıb.

Məlumata görə, Çinin Yunnan əyalətindən Şandonq vilayətinə qayıdan 1 nəfər yolda ölüb. Hadisə bazarertəsi günü baş verib. Həmin şəxsin hantavirus testinin nəticəsi müsbət çıxıb. Onunla eyni avtobusda olan digər 32 nəfər də test edilib. Ancaq onların vəziyyəti barədə məlumat paylaşılmayıb.

Qeyd edək ki, bu virusun adı ilk dəfə üzə çıxdığı yer olan Cənubi Koreyadakı Hantaan çayından götürülüb. Əsasən Cənubi Amerika qitəsində rast gəlinən virus insana gəmiricilərdən yoluxur. Xəstəliyin bəzi simptomları koronavirus ilə oxşarlıq təşkil edir.  /Yenisabah.az/

 

Paylaş:

mersin escort bayan mersin escort