Bz. Apr 5th, 2020

Çindən azərbaycanlıları sevindirəcək addım

Bu testlərdən ilk olaraq azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun sakinləri keçiriləcək

Çinin Gürcüstana hədiyyə etdiyi koronavirusu sürətlə aşkarlayan testlər artıq Tbilisiyə çatdırılıb.

Turkustan.info xəbər verir ki, bu barədə Gürcüstanın Çin Xalq Respublikasındakı səfiri Arçil Kalandiya özünün “Facebook” səhifəsində məlumat yayıb.

Səfir bildirib ki, Siçuan əyaləti rəhbərliyinin təqdim etdiyi koronavirus və digər respirator virusları müəyyən edən testlər və müvafiq avadanlıqların ümumi dəyəri 420 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, bu testlərdən ilk olaraq azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun sakinləri keçiriləcək.    /Report/

Paylaş:

mersin escort bayan mersin escort