Bz. Apr 5th, 2020

Gürcüstandakı soydaşlarımızla bağlı Prezidentə müraciət edildi

“Borçalı Cəmiyyəti”nin sədri Zəlimxan Məmmədli Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
Cənab Prezident!
Koronovirus pandemiyasına qarşı istər rəsmi, istərsə də ictimaiyyət tərəfindən səfərbərlik davam etməkdədir. Yardımlaşmaq, imkanları səfərbər etmək hər bir vətəndaş olan və olmayan soydaşlarımızın borcudur. Mən və rəhbərlik etdiyim “Borçalı Cəmiyyəti” səmərələşdirici təkliflər və əməli işlərlə bu humanitar layihəyə dəstək verməkdədir. Koroniviruşla qarşı mübarizə fonduna vəsait köçürmək, maarifləndirmə sahəsindəki fəaliyyətimizdən tutmuş, öz hesabımıza dezinfeksiya işinə qoşulmaqla imkanımız çatanı etməkdəyik.
 Fikrimizcə, xaricdə məskunlaşmış soydaşlarımıza yönəlik fəaliyyətimizdə də fədakarlıq etməyə ehtiyac duyulmaqdadır. Qonşu Gürcüstanda soydaşlarımızın məskunlaşdığı Borçalı (Kvemo-Kartli) bölgəsindən, xüsusilə Marneuli və Bolnisi rayonlarindan həyacanlı xəbərlər gəlməkdədir. Bir nəfər soydaşımızda koronovirus infeksiyasının müəyyən edilməsindən sonra hər iki rayonda fövqəladə vəziyyət, kütləvi şəkildə evdənçıxmama yasağı tətbiq olunmuşdur. Bu azmış kimi bu amildən milli mənsubiyyətinizi qarşı ayrı-ayrı pozucu ünsürlər tərəfindən psixoloji basqılar, etnik kimliyimizin aşağılanmasi sosial şəbəkələrdə geniş vüsət almaqdadır. Bu qətiyyətlə yolverilməzdir bu bunu birmənalı qınamaqdayıq.
Cənab Prezident, bu durumda soydaşlarımızın sizin mənəvi dəstəyinizə, eyni zamanda Gürcüstana bu problemlə bağlı humanitar dəstəyinizə ehtiyacları duyulmaqdadır. Bu dəstəyi təxirə salmadan etməyiniz soydaşlarımıza mənəvi güc verməklə, Gürcüstan rəsmilərinin diqqətinin bu bölgəyə yönəlməsinə, həm də pozucu ünsürlərin destruktiv fəaliyyətinin buxovlanmasına təkan vermiş olardı.
 
Hörmətlə, 
“Borçalı Cəmiyyəti”nin sədri Zəlimxan Məmmədli.
25 mart 2020.

Paylaş:

mersin escort bayan mersin escort