Bz. Apr 5th, 2020

Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirus pandemiyasının (COVID-19) yayıldığı ölkələrin sayı 197-yə yüksəlib. 

Turkustan.info xəbər worldometers.info-nun statistik məlumatlarına əsasən xəbər verir ki, dünyada virusa yoluxanların ümumi sayı 422,945 nəfər olub. Virusa yoluxan 109,102 nəfər sağalıb. Hazırda bu xəstəlikdən 294,936 şəxs müalicə alır. Koronavirusdan ölənlərin sayı dünya üzrə 18,907 nəfərə çatıb.

Son sutkada ən çox yoluxma qeydə alınan ölkələr ABŞ (9,279), İspaniya (4749), İtaliya (5249), Almaniya (3930), Fransa (2448), İran (1,762) və İsveçrə (1082) olub.

Ötən gün ən çox ölüm isə İtaliya (743), İspaniya (497), Fransa (240), ABŞ (132) və İranda (122) baş verib.

Bu günədək dünya ölkələri üzrə koronavirusdan ən çox itki verən ölkə İtaliya (6,820), Çin (3,277), İspaniya (2,808) və İrandır (1,934).

Qeyd edək ki, dünya üzrə ən çox koronavirusa yoluxma Çində (81,171) qeydə alınıb. İtaliya (69176) ikinci, ABŞ isə (53013) üçüncü, İspaniya (39885) dördüncü, Almaniya (32986) beşinci, İran (24811) altıncı, Fransa isə (22304) yeddinci sırada qərarlaşıb.  /Modern.az/

Paylaş:

mersin escort bayan mersin escort