Ç. Apr 8th, 2020

Neft 20 dollara düşərsə, ərəb ölkələri “tükənəcək”

Səudiyyə Ərəbistanı və qonşuları yaxın zamanda ciddi maliyyə problemləri ilə üzləşə bilər.

Turkustan.info xəbər verir ki, bunu “Blumberq”in yazarı Devid Finklinq qeyd edib. O bildirib ki, mövcud müharibə körfəz ölkələrindəki qeyri-sabit iqtisadiyyatın ağır veksellərlə qarşılaşmasını sürətləndirəcək.

BVF-nin hesabatında 2014-2018-ci illərdə Qətər, Küveyt, BƏƏ, Səudiyyə, Bəhreyn və Omanın maliyyə aktivlərinin əhəmiyyətli dərəcədə azaldığına diqqət çəkən müəllif bu 6 ölkənin aktivlərinin 4 il ərzində təxminən yarım trilyon dollar azalaraq, 2 trilyon dollara düşdüyünü bildirib:

“Əgər neftə tələbat zirvəsinin ən tezi 2040-cı ilin əvvəlində olacağını nəzərə alsaq, BVF-nin mütəxəssislərinin fikirinə görə, bu pul 2034-cü ilə qədər kifayət edəcək. Ancaq neftin 1 barreli 20 dollar olacağı təqdirdə aktivlər daha sürətlə tükənəcək və 2027-ci ildə bu ölkələrin kassaları boşalacaq”.   /Axar.az/

Paylaş:

mersin escort bayan mersin escort