12 Avqust 2020 18:18

Dünən balıq tuturdular, bu gün koronavirusa tutuldular…

Seymur Verdizadə

 

 

Bu günə kimi koronavirus dünyada 21 min 300 nəfərin həyatına son qoyub. Amma koronavirusla zarafat edən, ona etinasız yanaşan adamların sayı ölənlərin sayından ən azı min dəfə çoxdur. 

Yer üzündə, o cümlədən, bizim günəşli məmləkətimizdə laqeyd, soyuqqanlı, məsuliyyətsiz adamlar çoxdur. Allah uzaq eləsin, amma elə adamlar var ki, ailə üzvlərindən, qohumlarından, ya da tanışlarından biri koronavirusa yoluxmasa, faciənin miqyasını anlamayacaq. Ən azı bir aydı gecə-gündüz yazır, insanları maarifləndirir, virusun əlamətlərini izah etməyə çalışırıq. Amma baxırsan ki, avropalısı da, asiyalısı da, elə amerikalısı da bu qulağından alıb, o biri qulağından verir.

Mənzərə acınacaqlıdır; İtaliyada ölənləri dəfn etməyə tabut çatdırmırlar. İspanlar faciənin miqyası qarşısında çaş-baş qalıblar. Çinin ölü sayını gizlətməkdən başqa çarəsi qalmayıb. Belə getsə, İran viran qalacaq. Daha nə ABŞ, nə Almaniya, nə də Fransa döşünə döyür. İndi təkcə yaxın Avropada deyil, uzaq Amerikada da anlayırlar ki, mənəm-mənəmliyin yeri deyil, dörd divar arasında büzüşüb oturmaqdan başqa çarə yoxdur…

Təcrübə göstərir ki, koronavirus infeksiyasından ən çox bu bəlaya etinasız yanaşan ölkələr əziyyət çəkirlər. İtaliyalıların, ispanların səhvini türkiyəli qardaşlarımız da təkrarladılar. Dövlət rəsmiləri, tanınmış ziyalılar, populyar sənət adamları “evdə qalın” deyib, boğaz çəkdilər, yalvardılar. Amma faydası olmadı. Dörd gün əvvəl İstanbulda dəniz kənarında iynə atsaydın yerə düşməzdi. Günəşin boynunu azca irəli uzatmasından ruhlanan türk qardaşlarımız elliklə balıq tutmağa getmişdilər. Sözsüz ki, bu mənzərə diqqətdən kənarda qalmamışdı. İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu danışır ki, həmin gün Çinin baş konsulu onu arayaraq, belə deyib: “Bu türklər nə biçim insanlardı?! Adam əlindən küçədə maşın saxlamağa yer tapmıram”.

Türkiyənin tanınmış jurnalistlərindən olan Fatih Altaylının reaksiyası isə daha sərt idi. Fatih bəy özünün sosial şəbəkə hesabında belə yazmışdı: “Bu eşşəklərlə işimiz çətin olacaq”.

Aydın məsələdir ki, təhqir heç bir vəchlə təqdir oluna bilməz. Fatih bəyin üslubu çox ağır idi. Amma nəticə daha da ağırdır: Türkiyədə koronavirusdan təkcə dünən 15 nəfər ölüb.

İndi bildinizmi, biz niyə “koronavirusla zarafat etmək olmaz” deyirik? Dünən balıq tutanlar bu gün koronavirusa tutulublar…

Günəşli vətənimin nurlu insanları türkiyəli bacı-qardaşlarından çox da geri qalmırlar. Bu qədər çağırışa rəğmən avtobuslarda yenə insanlar bir-birinin belində yol gedir. Metroda az qalırlar ki, adamın ağzına asqırsınlar. Sadə insanlara nümunə göstərməli olan qocaman xalq artistini polis bu gün güclə evinə yola salıb…

Adam tanıyıram ki, saray kimi evi var, qonaq otağında futbol oynamaq olar. Amma küçədən yığışmır. Deyir ki, bağrım çartlayır, evdə otura bilmirəm. Dünən deyirəm ki, 200 kv. metrlik evin alternativi 2 metrlik qəbirdir, özün seçim elə.

Hamımız üçün seçim anıdır: ya bir ay evdə qalıb, bir ömür boyu sağlam yaşayacağıq, ya da…

Hər şey bu qədər sadədir!

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri