26 Sentyabr 2020 03:03

Gürcüstanda “Azərbaycan mənşəli” koronavirus iddiası təsdiq olunmadı

Son günlər Gürcüstanın kütləvi informasiya vasitələrinin diqqəti “Azərbaycan mənşəli” koronavirus epidemiyasına köklənib.

Turkustan.info xəbər verir ki, Gürcüstan mediasını və sosial şəbəkə resurslarını oxuyanda elə təəssürat yaranır ki, əhalisinin 80 faizini azərbaycanlıların təşkil etdiyi Marneuli və Bolnisi rayonlarının sanki bütün sakinləri koronavirus daşıyıcılarıdır – onlara yaxınlaşmaq olmaz. İş o yerə çatıb ki, Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze sosial mediada azərbaycanlılara qarşı ünvanlanmış bəzi qeyri-etik paylaşımlara etiraz edərək bildirib:

“Etnik azlıq nümayəndələrinə qarşı ədalətsiz replikalar olur. Biz anlamalıyıq ki, koronavirus insanları sosial dərəcələrinə, tutduğu vəzifəyə, etnik kimliyinə görə seçmir”.

Bu arada – Marneuli və Bolnisidəki koronavirusun “Azərbaycan mənşəli” olmadığı aydınlaşdı.

Cari ilin mart ayının 22-də Marneuli sakini, Gürcüstan vətəndaşı olan qadın soydaşımız ilkin olaraq pnevmaniya diaqnozu ilə rayondakı klinikalardan birində yerləşdirilib. Müvafiq analizlər nəticəsində onun koronavirusa yoluxduğu təsbit edilib. Gürcüstanın Xəstəliklərə Milli Nəzarət Xidmətinin rəsmiləri koronavirusa yoluxmuş Marneuli sakininin ünsiyyətdə olduğu 90-dan artıq şəxsin təsbit edildiyini bildiriblər.

Bununla yanaşı, Gürcüstan mətbuatında həmin xəstənin daha 1700 nəfəri yoluxdura biləcəyi ilə bağlı spekulyasiyaların yayılmasına başlanıb.

Gürcüstanın televiziya kanalları vasitəsilə yayılmış məlumatda koronavirus infeksiyasına yoluxmuş Marneuli sakini olan qadının Azərbaycandan gələn bacısı ilə kontaktda olduğu vurğulanıb, bununla əlaqədar Gürcüstan mediasında həmin xəstəliyin Azərbaycandan gəlməsi təəssüratı yaranıb.

Lakin, Gürcüstanın və Azərbaycanın səhiyyə strukturları tərəfindən aparılmış araşdırmalar zamanı qadının Azərbaycandan gələn bacılarında koronavirus müəyyən edilməyib.

Qeyd edilməlidir ki, virusa yoluxmuş gürcüstanlı soydaşımızın bir müddət öncə Marneuli ilə qonşu olan Bolnisidə yas mərasimində iştirak etməsi səbəbindən Gürcüstanın hakimiyyət orqanları göstərilən hər iki rayonun ərazisində yerli əhali arasında sosial təmasların məhdudlaşdırılması və giriş-çıxışın azaldılmasını nəzərdə tutan xüsusi karantin tədbirlərinin icrasına başlamaq qərarına gəlib.

Bu tədbirlər çərçivəsində həmin rayonlara hərbi texnika yeridilib, yerli sakinlərə küçəyə çıxma məhdudiyyətləri tətbiq edilib.   /Yenicag.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri