C. Apr 10th, 2020

Rəhim Qazıyevin keçmiş kürəkəninin məhkəməsi başlayır

Yasamal Rayon Məhkəməsində keçmiş Müdafiə naziri Rəhim Qazıyevin qızının məhkəməsi başlayır. 

Məlumata görə, mart ayının 29-da hakim İslam Əliyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilən Əzizov Ramil Rafiq oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.

Cinayət işində zərərçəkmiş qismində Qazıyeva Aytən Rəhim qızı tanınıb. Təqsirləndirilən Ramil Əzizov Aytən Qazıyevanın Şəbnəm adlı bacısının keçmiş həyat yoldaşıdır.

Xatırladaq ki, bu il fevral ayının əvvəllərində Ramil Rəhim Qazıyevin yaşadığı binanın qarşısına gələrək Aytənin avtomobilinin təkərlərinin dördünü də bıçaqla doğrayıb. Onun bu hərəkəti təhlükəsizlik kameralarına düşüb. Həmçinin Ramil, Rəhim Qazıyevin evinin qapısının “qlazok”unu da sındırıb.

Bundan sonra Yasamal Rayon Polis İdarəsində Ramil Əzizova qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. (yenisabah.az)

Paylaş:

mersin escort bayan mersin escort