Ç. Apr 8th, 2020

Şəhid anasını öldürüb – Cəzasının azaldımasını istəyir

Şəhid anasını öldürən məcburi köçkün cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Turkustan.info-nun məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə həbs edilən İsmayılov Aqil Nizami oğlunun məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edəcək.

Belə ki, 2016-cı il mart ayının 14-də Yevlax rayonunda məcburi köçkünlərin məskunlaşdığı 32-ci məhəllə adlanan ərazidə 86 yaşlı qadını öldürən şəxs saxlanılıb. Məlum olub ki, Kəlbəcər rayonundan məcburi köçkün Maral Nəsibovanı öz həmyerlisi Aqil İsmayılov qətlə yetirib. Hadisəni əvvəlcədən planlaşdıran Aqil İsmayılov tənha qadının qapısını döyüb. Qadın qapını açdıqdan sonra içəri daxil olaraq ondan pul tələb edib. Maral Nəsibova pulu olmadığını bildirdikdə isə Aqil İsmayılov onun sifət və baş nahiyəsinə zərbələr endirib. Daha sonra mərhumu öz yaylığı ilə boğaraq qətlə yetirib.

Xatırladaq ki, hazırda cəzasının azaldılmasını istəyən Aqil İsmayılov məhkmə zamanı “elədiyim hərəkətə görə çox peşmanam, özümü bağışlamıram. 2 balamı da bədbəxt elədim, o arvadı da. Özü də şəhid ailəsi idi. Hökümətdən ömürlük həbs istəyirəm ki, çölə çıxa bilməyim” – demişdi.  /Yenisabah/

Paylaş:

mersin escort bayan mersin escort