Ç. Apr 8th, 2020

ABŞ ŞOK-da: Koronavirusa yoluxanların sayına görə Çini ötdü

ABŞ koronavirusa (COVID-19) yoluxanların sayına görə dünya liderliyini “ələ keçirib”.

Turkustan.info  xəbər worldometers.info-nun statistik məlumatlarına əsasən xəbər verir ki, ötən gün ABŞ-da rekord sayda virusa yoluxma qeydə alınıb və bununla da koronavirusa yoluxanların ümumi sayına görə Amerika İtaliya və Çini geridə qoyub.

Belə ki, sutka ərzində ABŞ-da 14995 nəfər koronavirusa yoluxub və nəticədə ölkədə virusa yoluxanların sayı 85,594-ə çatıb.

Xatırladaq ki, Çində sözügedən virusa yoluxanların sayı 81 285 nəfərdir.

İtaliyada isə 80589 yoluxma faktı qeydə alınıb.

Ötən gün dünyada 58100 nəfərdə koronavirus aşkarlanıb. Bununla da, planetdə virusa yoluxanların ümumi sayı 529135 nəfər olub. Virusa yoluxan 123380 nəfər isə sağalıb. Hazırda bu xəstəlikdən 362282  şəxs müalicə alır.

Ötən sutka ərzində 2,685 nəfər bu virusdan vəfat edib və bununla da koronavirusdan ölənlərin sayı dünya üzrə 23967 nəfərə çatıb.

Son sutkada ən çox yoluxma qeydə alınan ölkələr ABŞ (14995), İspaniya (8271), İtaliya (6203), Almaniya (6615), Fransa (3922), İran (2389), Böyük Britaniya (2129), Belçika (1298),  Avstriya (1259), Türkiyə (1196) və Niderland (1019) olub.

Ötən gün ən çox ölüm isə İtaliya (712), İspaniya (718), Fransa (365), ABŞ (174), İran (157) və Böyük Britaniyada (115) baş verib.

Bu günədək dünya ölkələri üzrə koronavirusdan ən çox itki verən ölkə İtaliya (8215), İspaniya (4365), Çin (3,287), İran (2234), Fransa (1696) və ABŞ-dır (1201).    /modern.az/

Paylaş:

mersin escort bayan mersin escort