23 Yanvar 2021 04:23

Amerika şokda: Yoluxanların sayı 100 mini keçdi

ABŞ-da COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 100 min nəfərdən çoxdur.

Turkustan.info xəbər verir ki, bu saata olan statistik məlumatlara görə, ABŞ-da koronavirusa yoluxanların sayı 104 671 nəfərdir. Onlardan 1711 nəfəri vəfat edib.

Dünyada isə ümumilikdə 597 252 nəfər koronavirusa yoluxub. Bu o deməkdir ki, dünya üzrə bu virusa yoluxanların təxminən altıda biri Amerikadadır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. Dünyada bu virusdan 27 365 nəfər həyatını itirib. /Yeni Sabah/

Paylaş: