02 İyun 2020 01:22

Siqaret çəkən 30 yaşlı gənclər də risk qrupuna daxildir – Professor

Yalnız yaşı 60-dan yuxarı olan şəxslər deyil, 30 yaşlı siqaret çəkən gənclərin də koronavirusa yoluxma riski yüksəkdir. 

Turkustan.info xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyinin Elmi Şurasının üzvü professor Yeşim Taşova bildirib. “İhlas” xəbər agentliyinə danışan professor əlavə edib ki, 50 yaşlı xroniki xəstələr də risk qrupuna daxildir.

Maraqlıdır ki, Yeşim Taşova insanların əlcək geyinməsini də yanlış hesab edir. Professor əlavə edib ki, virus 26 dərəcə istilikdə və rütubətdə ölür. “Havanın hərarəti artdıqca Adana və Mersin kimi bölgələrdə virusun öləcəyini gözləyirik”, – deyə Yeşim Taçova bildirib. Bu günə qədər Türkiyədə 5 698 nəfər infeksiyaya yoluxub. Onlardan 92 nəfəri dünyasını dəyişib.  /Yenisabah.az/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri